Koreyalı qadınların gözəlliyi dillərə dastandır. Onlar duru və parlaq dəriyə malikdirlər. Ağ dərili olmalarına baxmayaraq, onların dərisində hər hansı bir ləkə, sızanaq və ya diqqət çəkəcək bir qüsur tapmaq demək olar ki, mümkün deyil. Son illərdə dünyanın bütün ölkələrindəki qadınların xüsusilə marağını çəkən Koreyalı qadınların gözəllik rutinləri, Azərbaycanda da böyük maraq doğurur. Əksər qadınlar özlərinə qulluq etməyə diqqət yetirirlər. Dəridən saçlarına, əl və dırnaq qayğısına qədər gözəl görünmək bir qadın üçün önəmlidir. Və gözəl görünmək, həmçinin baxımlı bir dəri ilə parıldamaq üçün Koreyalı qadınların gözəllik sirlərini sizin üçün hazırlamışıq.
İlk növbədə çox yaxşı bilmək lazımdır ki, dəriyə qulluq təmizliklə başlayır. Bunu heç vaxt göz ardı etmək olmaz. Koreya dəriyə qulluq rutini deyiləndə də ağla ilk gələn şey təmiz bir dəridir. Dəri təmizliyi gözəlliyinə diqqət edən hər bir qadının ilk növbədə tətbiq etməli olduğu bir qulluq rutinidir. Çünki yaxşı təmizlənməmiş bir dəri nə makiyajı saxlayar, nə də sağlam görünər. Təmizlənməmiş bir dəriyə dünyanın ən yaxşı maskasını və ya qulluq kremini də tətbiq etsəniz, faydası olmayacaqdır. Kirdən təmizlənməmiş bir dəri, dəriyə faydalı heç bir məhsulu qəbul etməyəcək və buna görə də dərinizə bir fayda verməyəcəkdir.
Aşağıda sizlər üçün Koreyalı qadınların əsas gözəllik sirlərini 5 maddədə topladıq:
1. Dərini fırçalamaq. Koreyalı qadınların gözəllik və qulluq rutininə baxdıqda ilk etapda qarşımıza çıxan dərini fırçalamaqdır. Xüsusilə son illərdə xüsusi diqqət çəkən dəri fırçalarını bir çox yerdə tapmaq mümkündür. Unutmayın ki, ən önəmli qulluq təmizlikdir. Dəri fırçaları da buna görə qulluq rutininin hər kəsin əlində olması lazım olan bir alət halına gəlməlidir. Dəridəki ölü dərini təmizləyərkən məsamələrə yığılmış kirləri də ən həssas bölgəyə qədər aradan qaldıran dəri fırçaları, xüsusilə gecə yatmadan mütləq dərini təmizləməlidir. Beləliklə, dərinizə tətbiq edəcəyiniz qulluq kreminin dərinizə hopması və təsir göstərməsi daha sürətli olacaqdır.
2. Düyü maskası tətbiq etmək! Koreya gözəllik və dəriyə qulluq deyiləndə ağla ilk gələn maska əlbəttə ki, düyü maskasıdır. Koreyalı qadınların ağ və qüsursuz bir dəriyə sahib olmalarının ən önəmli səbəblərindən biri də tez-tez düyü maskası tətbiq etmələridir. Bu maska, dəridəki rəng bərabərsizliyini aradan qaldırdığı kimi dəri tonunu da bərabərləşdirir və eyni zamanda pambıq kimi bir dəriyə sahib olmağa kömək edir. Düyünün içində olan nişasta, dərini yumşaltmaqda ən önəmli maddədir. Evdə rahatlıqla tətbiq edəcəyiniz bu maska ilə Koreyalı qadınlar kimi qüsursuz bir dəriyə sahib ola bilərsiniz.
3. Kağız maskalar! Son illərdə xüsusilə ölkəmizdə tez-tez qarşılaşdığımız kağız maskalar, bir çox kosmetik firmalar tərəfindən istehsal olunmağa başlanmışdır. Kağız maskalar ilk olaraq Koreyada ortaya çıxmışdır, içindəki dəriyə yararlı yağlar ilə dəriyə qulluq edir. Dəri tipinizə uyğun tərkibə sahib bir kağız maska ilə həftəlik qulluq rutininizi edə bilər, üz ağardıcı maskadan sonra dərinizə uyğun nəmləndirici krem tətbiq edərək qulluğunuzu tamamlaya bilərsiniz.
4. Təbii yağlar! Dəri, bədən və saç baxımı üçün əvəzedilməz məhsulların başında təbii yağlar gəlir. Bəzi qadınlar kimyəvi məhsullardan çox, birbaşa bitki dükanlarından aldıqları təbii tərkibli yağlarla dərilərinə qulluq edirlər. Bu yanaşma doğru tətbiqlərin də başında gəlir. Koreyada bu yağların min bir növünə çatmaq mümkündür. Dəriniz qurudursa və ya yağlıdırsa, ən uyğun qulluq yağı ilə dərinizi yumşalda, ölü dəridən təmizləyə və sağlam bir şəkildə parlamasına kömək edə bilərsiniz. Xüsusilə təbii gül yağları, bütün dəri tiplərinə uyğun olmaqla yanaşı, dəri tonunu bərabərləşdirməsi və yumşaltması baxımından olduqca çox seçilən yağlardan biridir. Siz də dəri tipinizə uyğun təbii yağları araşdırın və edəcəyiniz dəri qulluğuna mütləq bir-iki damcı təbii yağ əlavə etməyi unutmayın. Unutmadan əlavə edək ki, istifadə etdiyiniz yağları tonal kremlərinizə də əlavə edə bilərsiniz. Beləliklə, makiyajınız daha qalıcı və parlaq olacaqdır
5. Günəş kremi istifadə etmək! Koreyalı qadınların əvəzedilməzi günəş kremləridir. Açıq dərili olduqları üçün birbaşa günəş şüalarına məruz qalmaq olduqca zərərli olacağından, çölə çıxmadan mütləq yüksək qoruyucu günəş kremi istifadə edirlər. Hətta yanlarında daşıyaraq gün ərzində kremi yeniləyirlər. Günəş bədənə hər nə qədər faydalı olsa da, dəri üzərində təəssüf ki, mənfi izlər meydana gətirir. Yay-qış demədən günəş kremi istifadə etməyi rutinlərinizə əlavə etməyi unutmayın. Ölkəmizdə ən çox edilən səhv, qış mövsümündə günəş kremi istifadə edilməməsi düşüncəsidir. Halbuki bunu unutmamaq lazımdır ki, qardan əks olunan şüalar ən az günəş qədər dəri üzərində ləkə meydana gətirir. Bu səbəbdən, xüsusilə ağ dərilisinizsə yüksək qoruma tərkibli günəş kremi istifadə etməyə laqeyd yanaşmayın. Günəş kremi tətbiqindən sonra gün ərzində ağardıcı krem məhsullarını da istifadə edə bilərsiniz.
Yuxarıdakı maddələrə baxdıqda Koreyalı qadınların gözəllik rutinləri olduqca sadə tətbiqlərdən ibarətdir. Evdə də rahatlıqla həyata keçirilə bilən bu tətbiqlərlə siz də dərinizi bərpa edə bilərsiniz. Yussal Provision olaraq, biz də təbii tərkibli məhsullarımız ilə Koreyalı qadınların gözəllik sirlərini sizin ayağınıza gətiririk. Dəri sağlamlığınız bizim üçün önəmlidir. Hər zaman baxımlı və gözəl görünməyiniz diləyilə 🙂





