Quru saçlar üçün 5  tövsiyyə

Saçlarınıza mütəmadi qulluq etməyinizə baxmayaraq saçlarınız hələ də qurudur və bunun səbəbini anlaya bilmirsiniz? Sizlərə kömək etmək üçün quru saçlar üçün 5 tövsiyyəmiz olacaq. 

Birçoxları peşəkar tövsiyyəsi olmadan, ağızdan-ağıza yayılan yollarla eşitdiyi tövsiyyələrlə saçlarına yanlış qulluq edərək saçlarını zədələyir. Yanlış məhsul istifadəsi zamanı saçlar olduğundan daha da pis vəziyyətə düşür. 

Zədəli və quru saçları sehrli bir toxunuşla anidən bərpa etmək mümkün deyil. Bunun üçün mütəmadi və düzgün qulluq mütləqdir. Aşağıda saçlarınızı bərpa etmək, sağlam və parlaq görünüş əldə etməyiniz üçün 5 məsləhətimiz olacaq.

 

1.Vitamin səviyyənizi yoxlayın

Hamımız bilirik ki, bizi sağlam saxlamaq üçün vitaminlərə ehtiyacımız var, bu yediyimiz qidalar və ya əlavələr qəbul etməklə ola bilər. Bədəniniz vitamin səviyyəsini itirdiyi üçün bu, saçlarınıza və baş dərinizə birbaşa təsir edir. Sağlam saçlar üçün lazım olan əsas vitaminlər A vitamini, C vitamini, biotin və mineral dəmirdir. Vitamin və mineral səviyyənizin sağlam səviyyədə olduğundan əmin olmaq üçün həmişə yoxlanışa gedin. 


2. İstilikdən çəkinin

Saç qurutma maşınlarının, düzləşdiricilərin və ya maşaların davamlı istifadəsi saçlara təsir edir və nəticədə saçınızı yandırır və qurudur. Bu vasitələrdən hər hansı birini istifadə etdiyiniz zaman istilik qoruyucu məhsuldan istifadə etdiyinizə əmin olun. İstilik qoruyucu birçox məhsul vardır. Məsələn: La'dor Thermal Protection Spray və Beaver Professional Brazilian Keratin Smoothing Heat Protection Spray.

         
 

3. Saçlarınızı gündəlik yumadan çəkinin

Gündəlik yuyulma saçınızdakı kir və təri təmizləyir, lakin şampun və kondisionerdən çox istifadə baş dərinizin istehsal etdiyi təbii sebumu azaldır. Saç sebumu saçlarınızı sağlam və asan baxımlı edən təbii yağdır. Saçları gec-gec yumaq yağlı saç görünüşünə səbəb ola bilər. Davamlı olaraq yumaq da təbii yağ balansını pozacaqdır. Buna görə də, ortaq bir qərarla saçlarınızı 2-3 gündən bir yuya bilərsiniz. Bu daha sağlam bir nəticə əldə etməyinizə səbəb olacaq.
 

4. Davamlı saç boyalarından istifadə

Saç rəngində istifadə edilən güclü kimyəvi maddələr saçınızı qurudur, həmçinin saçlarınızın qırılmasına da səbəb ola bilər. Əgər siz müntəzəm olaraq saçlarınızı rəngləyirsinizsə, rəngləmədən sonra  maskadan istifadə edərək saçlarınıza qulluq edin. Sizə tövsiyyə edə biləcəyimiz saç maskaları Ashley Joy Yoğun Onarıcı Saç Baxım Maskası və Beaver Argan Oil Keratin Saça Qulluq Maskası. 

      

Həmçinin marketlərdə satılan saç boyalarından da qaçının. Peşəkar saç boyalarından istifadə etməyiniz saçlarınızın sağlamlığı üçün daha məsləhətlidir. Peşəkar saç boyaları saçları daha sağlam edir və uzunmüddətli nəticə təmin edir. Daha uzunmüddətli nəticə o deməkdir ki, siz tez-tez saçlarınızı rəngləmək məcburiyyətində qalmayacaqsınız. Beləcə saçlarınız daha az kimyəvi maddələrə məruz qalacaq və quruması azalacaq. 

5. Kokos yağını sınayın

Kokos yağının tərkibi yumşaldıcı təsirə malikdir. Bu yağ ilə saçlarınıza qulluq edərək onları nəmləndirə bilərsiniz. Bir araşdırmada kokos yağının saç liflərinə nüfüz edərək yaxşı təsir göstərdiyi görülmüşdür. 

Kokos yağı saç tellərinizi tək-tək hamarlaşdıraraq saçınızın ümumi görünüşünü yaxşılaşdırır. Saçlarınıza həftədə 1 dəfə kokos yağı tətbiq edərək onlara qulluq edə bilərsiniz.