Dəyərli partnyorumuz Rossmann-ın təşkil etdiyi "Gözəlliyini dərindən hiss et" üzə qulluq festivalında Yussal Provision olaraq rəsmi distribütoru olduğumuz The Purest Solutions, həmçinin Koreya brendlərimiz Mizon, Enough, Farmstay. COSRX və Frudia ilə iştirak etdik.
Festivalda brendlərimizi geniş auditoriyaya tanıtmaqla yanaşı, qonaqlarımıza məhsullarımızın unikal xüsusiyyətlərini birbaşa göstərmək və onların ehtiyaclarına uyğun tövsiyələr vermək üçün dəyərli bir fürsət oldu.
Festival boyunca əldə etdiyimiz dəyərli təcrübələr və müsbət geri dönüşlər, həm brendlərimizin bazardakı nüfuzunu möhkəmləndirməyə, həm də gələcəkdə daha geniş layihələr həyata keçirmək üçün bizə ilham verdi.
Bu uğurlu tədbir münasibətilə Yussal Provision olaraq Rossmann-ı təbrik edir, gələcəkdə daha da uğurlu işlər görməsini diləyirik. Eyni zamanda, dəyərli əməkdaşlığımıza və tədbirdə iştirakımıza göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk!

-min.jpg)
-min.jpg)





