The Purest Solutions brendinin Azərbaycandakı rəsmi distribyutoru Yussal Provision olaraq influencerlərlə birlikdə workshop həyata keçirdik. Workshop-da Azərbaycanın tanınmış influencerləri iştirak etdilər. Workshop The Purest Solutions brendini daha yaxından tanıtmaq məqsədi daşıyırdı.
Workshop zamanı, hər bir influencer öz zövqünə və yaradıcı düşüncəsinə uyğun olaraq şüşə qabları boyadı. Şüşə qablar üzərindəki təsvirlər və rənglər, influencerlərin The Purest Solutions brendi haqqında nə düşündüklərini, brendin onlarda hansı təəssürat yaratdığını əks etdirirdi. Kimi saf və təbii rənglərdən istifadə edərək brendin təmizliyini vurğuladı, kimi isə canlı və dinamik rənglərlə markanın enerjisini göstərdi.
Workshop zamanı, The Purest Solutions brendinin Azərbaycandakı yeni üzü olan Şəfiqə Elşən təqdim edildi. Onun təbiətə olan sevgisi və ecofriendly yanaşması, brendin dəyərləri ilə tam olaraq üst-üstə düşürdü. Şəfiqə Elşənin The Purest Solutions brendinin təbiətə və davamlılığa olan bağlılığını mükəmməl şəkildə təmsil edəcəyinə əminik.








