"Yeni Mövsümü Antioksidantla Qarşıla" məhsul təqdimatı

The Purest Solutions markasının Azərbaycandakı rəsmi distribyutoru Yussal Provision olaraq “Yeni Mövsümü Antioksidantla Qarşıla!” məhsul təqdimatını həyata keçirdik. Təqdimatda The Purest Solutions markasının yeni məhsulları tanıdıldı və məhsullarla bağlı istirakçılara təlim keçildi. 

Təqdimatda şirkətimizin tərəfdaşlıq etdiyi kosmetik mağazaların əməkdaşları və birçox önəmli dəvətli iştirak etdi. The Purest Solutions markasının məhsulları ilə bağlı ətraflı məlumatlar, məhsulların istifadə qaydaları və birçox önəmli detallar qonaqlarla bölüşüldü. 

The Purest Solutions markasının Azərbaycan bazarında daha da güclü tanınmasında Yussal Provision şirkəti olaraq belə bir addım atmış olmaqdan qürur duyuruq.